Qəlib sistemləri üçün kontrplak seçimi: WBP və MR fərqi

Nəmə davamlılıq sinfi, dövriyyə sayı və real xərc hesabı üzrə praktik müqayisə.

Qəlib işlərində kontrplakın sinfi birbaşa dövriyyə sayına təsir edir. WBP sinfi fenol yapışqanla istehsal olunur və 15–20 dövriyyəyə davam gətirir; MR sinfi isə 3–5 dövriyyə üçün nəzərdə tutulub.

İlk baxışda MR ucuz görünsə də, dövriyyə başına xərc hesablananda WBP əksər layihələrdə 2–3 dəfə sərfəli çıxır. Seçim zamanı beton təzyiqi, kənar emalı və saxlanma şəraiti də nəzərə alınmalıdır.